Millimizin və “Neftçi” klubunun əsas müdafiəçilərindən olan Ruslan Abışov əməliyyat olunacaq.
ÇıxışYolu.Com xəbər verir ki, Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda xəsarət alan və ön çapraz bağları qopan oyunçu Almaniyada əməliyyat ediləcək.
İlkin ehtimala görə, onun altı ay yaşıl meydançalardan kənarda qalacağı gözlənilir. Futbolçunun əməliyyatı bu həftə içində həyata keçirilməlidir.
Qeyd edək ki, “Neftçi”nin 30 yaşlı kapitanı Macarıstanın “Uypeşt” klubu ilə Budapeştdəki oyunun ilk hissəsində zədələnib.