ÇıxışYolu.Com - Şəki sakini dibçəkdə narkotik əkdi

ÇıxışYolu.Com – Şəki sakini dibçəkdə narkotik əkdi

Baxış sayı: 2. 353 dəfə baxılıb.

ÇıxışYolu.Com - Şəki sakini dibçəkdə narkotik əkdi

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əkini ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildiriblər.

Sentyabrın 7-də daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Mustafayev saxlanılıb.

Keçirilmiş tədbirlərin davamı olaraq onun şəhər ərazisində yerləşən yaşadığı evə də baxış keçirilib. Orada dibçəklərdə əkilmiş və xüsusi qaydada qulluq edilərək yetişdirilmiş dörd ədəd çətənə bitkisi, eyniadlı bitkinin qurudulmuş gövdələri və 3 kq 246 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı ŞRPŞ-də araşdırmalar davam etdirilir.

www.ÇıxışYolu.Com