Dünyaca məşhur türk əsilli model Aleksandra Sabuncu tətil üçün Amerikadan İstanbula gəlib.
ÇıxışYolu.Com xəbər verir ki, dostları ilə Taksimdə əylənən model, daha sonra Etilər adlanan səmtdə dostlarının evinə gedib.
İddiaya görə, Sabuncu axşam yeməyindən sonra pəncərə kənarına gəlib. Balansını itirən model beşinci mərtəbədən aşağı düşüb. Onun yıxılmasından xəbərsiz olan dostları isə bir müddət onu evdə axtarıblar.
Pəncərənin açıldığını görən dostlar, Sabuncunun aşağıda qanlar içində olduğunun fərqinə varıblar.
Təcili yardım çağıran dostları, polisə də xəbər veriblər. Polis isə Aleksandarının içkili olması və narkotikdən istifadə etdiyini iddia edir.
Model hazırda reanimasiyadadır.