ÇıxışYolu.Com – Saakaşvili: 2008-ci ildə Rusiya heç nə qazanmadı

Baxış sayı: 4. 281 dəfə baxılıb.

ÇıxışYolu.Com - Saakaşvili: 2008-ci ildə Rusiya heç nə qazanmadı

Rusiya 2008-ci ildə böyük insan itkiləri bahasına onlarla gürcü kəndini ələ keçirməkdən başqa heç nə qazanmayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, bu fikirləri “Novoy qazeta”ya müsahibəsində Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib. 

10 il əvvəl beşgünlük müharibədə kimin qələbə qazandığı ilə bağlı sualı cavablandırarkən Saakaşvili deyib:

“Bütün bunlar inkişaf edən vəziyyətdir. Ancaq Rusiya 2008-ci ildə böyük insan itkiləri bahasına onlarla gürcü kəndini ələ keçirməkdən başqa heç nə qazanmayıb. O zaman Moskva mənim hakimiyyətimin və kursun dəyişdirilməsinə nail ola bilmədi. Onlar bu məqsədlərinə 2012-ci ildə çatdılar”. 

Gürcüstanlı siyasətçinin sözlərinə görə, “rusiyalı oliqarx İvanaşvilinin köməyilə o, Tbilisidə gündəmi dəyişdi” və “bu, Putinin həmin müharibədəki ilk qələbəsi idi”. 

“Ancaq 2012-ci ildə o, uğurlarını davam etdirə bilmədi və Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin dünya arenasında tanınmasına çalışdı. Gürcüstan avroatlantik inteqrasiyaya doğru yavaş-yavaş irəliləməkdə davam edir. Düşünürəm ki, Putin Gürcüstanla bağlı məqsədlərinin 2/3-nə çata bilməyib”, – Saakaşvili qeyd edib. 

Həmin hadisələrə görə məsuliyyət hiss etməsi və hansı hərəkətlərinə görə peşman olması ilə bağlı suala Gürcüstanın sabiq prezidenti cavab verib ki, onun üçün bu, “çox ağrılı təcrübədir”. 

“Mən bütün məsuliyyəti dərk edirəm. Və əlbəttə ki, mənim üçün bu, çox ağrılı təcrübədir, həyati faciədir. Digər tərəfdən isə, o zaman iki çıxış yolu vardı – təslim olmaq, ya mübarizə aparmaq. 

Mübarizə aparmaya bilməzdim. Müharibəyə nifrət edirəm. Orduya rəhbərlik edəndə hər əsgər ölümünü öz faciəm kimi qəbul edirdim. 

Təəssüf edirəm ki, vaxtında İraqdakı ən döyüşkən briqadamızı geri çağırmadım. Bundan başqa, müharibə başlanan gecə mən Pekinə uçmağa hazırlaşırdım. Ancaq aeroporta getdiyim yoldan geri qayıtdım”, – Saakaşvili qeyd edib. 

www.ÇıxışYolu.Com