Mixail Saakaşvilinin böyük oğlu Eduardın ABŞ-ın Filadelfiya ştatında toy mərasimi baş tutub.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Gürcüstanın üçüncü prezidentinin “Facebook” hesabında məlumat yayılıb.
“Həftə sonu okeanın o biri tərəfinə uçduq və oğlum Eduardın Filadelfiyadakı toyunda iştirak etdik.
Eduard radioproqramın prodüserdir, BBC və National Public Radio ilə əməkdaşlıq edir. O, Pensilvaniyadakı Svartmor kollecindən sevgili olduğu Adina Melvus-Petrusla ailə qurub. Adina qeyri-hökumət təşkilatında işləyir və gürcü dilini öyrənir.
Vaxt necə tez keçir. Elə bil biz özümüz dünən evlənmişdik (Bu, 1993-cü ildə baş verib).
Fotoda oğlumun yanında dayanan Adina bizim ailənin yeni üzvüdür. Burada mən və Sandradan başqa, kiçik oğlumuz Nikoloz, anam və Sandranın atası da var”, – Saakaşvili mərasimdən paylaşdığı fotoya bu şərhi yazıb.