Azərbaycanda avqustun 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ÇıxışYolu.Com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 19-22°, gündüz 27-32° isti təşkil edəcək.
Abşeron yarımadasının şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun hərarətinin 23-24° isti olacağı gözlənilir.
Cənub çimərliklərində – Türkan, Hövsan, Sahil və Şıxda şimal-şərq küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.