Belçikanın Leven şəhərində “Grand Chess Tour” seriyası üzrə ilk turnirinin üçüncü oyun günü keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov rapid üzrə üç partiya keçirib.
İlk partiyada Vaşye-Laqravla (Fransa) heç heçə edib, ardınca Aleksandr Qrişukla (Rusiya) sülhə razılaşıb. Son partiyada isə yapon əsilli qrossmeyster Hikaru Nakamuraya (ABŞ) məğlub olub.
Yeddi turdan sonra onun aktivində səkkiz xal var və turnir cədvəlində üçüncü yerdə qərarlaşıb.