Dünya şöhrətli kolumbiyalı müğənni Şakiranın səhhəti pisləşib.
ÇıxışYolu.Com xəbər verir ki, sənətçi bu barədə sosial media hesabında məlumat verib.
O, xəstələndiyinə görə Los-Anceles konsertini ləğv edib.
“Los-Anceles, öncəki konsertə görə təşəkkür edirəm. Mənə sizinlə birgə rəqs etmək və mahnı oxumaq xoş idi. Amma konsertdən sonra xəstələndim. Virus məni ayaqlarımdan yaxaladı. Buna görə də konsertin tarixi dəyişir”, – deyə 41 yaşlı Şakira yazıb.
Qeyd edək ki, Şakira “El Dorado World Tour”a daxil olan konsertini 3 sentyabr tarixinə ertələyib.