Misir yığmasının hücumçusu Məhəmməd Salah ölkəsinin futbol federasiyasının rəhbərliyi (EFA) ilə dalaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda RT Misir KİV-nə istinadən məlumat yayıb.
“Liverpul” forvardını narazı salan, komandanın dünya çempionatına hazırlığının federasiya tərəfindən zəif təşkil edilməsi olub.
Məlumata görə, EFA təlim məşq toplanışına yüzlərlə biznesmen, artist və şou-biznes ulduzunu dəvət edib və bu futbolçuların əsas diqqəti məşqlərə yönəltməsinə əngəl olub.
EFA nümayəndələrindən biri Salahın səs tonuna nəzarət etməsini tələb edib; bundan hiddətlənən hücumçu acıq edərək öz otağına yollanıb və bir neçə saat heç kimlə danışmayıb.
Qeyd edək ki, Misir yığması artıq DÇ-2018-in pley-off mərhələsinə çıxmaq şansını itirib.
Uruqvaya qarşı ilk matçı Salah Çempionlar Liqasının finalında aldığı zədəyə görə buraxmalı olub. Həmin oyunda rəqiblər minimal hesabla qalib gəlib. İyunun 19-da keçirilən matda isə Rusiya yığması komandanı 1:3 hesabı ilə məğlub edib.