Kürün Salyan rayonunun Sarvan kəndindən keçən hissəsində boğulan 22 yaşlı Məmmədov Faiq Məzahir oğlunun meyiti tapılıb.
ÇıxışYolu.Com-ın məlumata görə, onun cəsədi batdığı yerdən 30 metr kənardan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
16:06
Salyan rayonunun Sarvan kənd sakini Kür çayında batıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, Kürün Salyan rayonu, Sarvan kəndindən keçən hissəsində 22 yaşlı Məmmədov Faiq Məzahir oğlu batıb.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com