Ötən həftələrdə Yıldız Tilbe və Gökhan Özoğuz “O səs Türkiyə” jürisindən ayrıldığını bildirmişdi.
ÇıxışYolu.Com xəbər verir ki, Gökhanın yerinə yarışmaya Beyazıt Öztürk qatılmışdı.
Yıldız Tilbenin yeri isə boş idi. “Hürriyyet” qəzeti bu gün Tilbenin yerinə gələn şəxsin adını açıqlayıb. Bildirilib, yarışmanın yeni mövsümündə Seda Sayan da münsiflər kürsüsündə əyləşəcək.
Qeyd edək ki, indəyək yarışmada Ebru Gündeş, Sibel Can, MFÖ, Hakan Özoğuz, Hülya Avşar kimi məşhurlar jüri olub.
Onu da bildirək ki, jüridə Hadisə və Murat Boz öz yolunu davam etdirir.