Futbol üzrə dünya çempionatında “E” qrupunun növbəti matçı yekunlaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, Kalininqraddın mərkəzi stadionunda Serbiya millisi İsveçrə ilə üz-üzə gəlib.
Matçda İsveçrə millisi 1:2 hesabı ilə qələbə çalıb.
Oyunda erkən qolu serblər vurub. 5-ci dəqiqədə pressinqdən sonra edilən asmanı Mitroviç dəqiq baş zərbəsi ilə qola çevirib.
53-cu dəqiqədə İsveçrə millisi hesabı bərabərləşdirib. “Arsenal”ın yarımmüdafiəçisi Caka küncü dəqiq nişan alaraq, baxımlı qola imza atıb.
90-cı dəqiqədə Şakiri əks hücumu qolla nəticələndirib.
Qələbədən sonra xal sayını dördə çatdıran İsveçrə qrupda ikinci pilləyə yüksəlib.