Türkiyəli ifaçı Serdar Ortaç həyat yoldaşı Kloi ilə Çeşmədə tədbirlərin birinə qatılıb.
ÇıxışYolu.Com xəbər verir ki, Kloinin geyimi isə gecəyə damğa vurub.
Jurnalistlərin suallarını cavablandıran Serdar isə həyat yoldaşının seriala çəkilməsini istədiyini deyib:
“İstəyirəm ki, Kloi serialda rol alsın. Ancaq o deyir ki, hələ zamanı deyil. Neçə təklif gəlib. Aksenti də yoxdur, təmiz türkcə danışa bilir. Həm də boksla məşğuldur. Vurduğu yerindən qalxmır. Hər zaman oona dəstəyəm”.
Ortaç gecəboyu həyat yoldaşı ilə əl-ələ gəzib.