Amerika tennisçisi Serena Uilyams “US Open” turnirinin finalında isterika yaradıb.
ÇıxışYolu.Com xəbər verir ki, yaponiyalı rəqibi Naomi Osaka ilə matç zamanı Serena hakim Karlos Ramosla münaqişə yaradıb. O, tennisçiyə məşqçisindən məsləhət aldığı üçün xəbərdarlıq edib.
Uilyams hakimi “oğru” adlandırıb və yarışların baş hakimini tələb edib. Lakin bu, fayda verməyib və Uilyamsın hesabından xal silinərək cəzalandırılıb.
Görüş yaponiyalı idmançının qələbəsi (6:2, 6:4) ilə yekunlaşıb.