Türkiyəli aktrisa Serenay Sarıkaya yeni reklam filmində rol alacaq.
ÇıxışYolu.Com xəbər verir ki, tanınmış cins markalarının biri ilə müqavilə imzalayan sənətçi bir illik reklam qarşılığında 1 mln. 500 min lirə pul alacaq.
Qeyd edək ki, aktrisa ötən il kosmetika brendlərinin birinin siması idi. Sarıkayanın həmin reklamdan qazancı isə 1 mln. 250 min lirə olmuşdu.
Məlumat üçün bildirək ki, Serenay Sarıkaya “Adanalı”, “Lale devri” adlı seriallarla tanınıb. Çəkildiyi “Medcezir” və “Fi” serialı isə onu məşhurluğunun zirvəsinə çıxarıb.