ÇıxışYolu.Com – “Şimali Makedoniya” Makedoniyanı qarışdırdı

Baxış sayı: 2. 524 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Şimali Makedoniya” Makedoniyanı qarışdırdı

Keçmiş Yuqoslaviyanın dağılmasından sonra müstəqilliyini qazanan Makedoniyanın adı ətrafında gərginliklər səngimək bilmir.

ÇıxışYolu.Com-ın xəbərinə görə, ölkənin yunan kəsimi, xüsusilə də, Yunanıstan siyasi dairələri illərdir Makedoniyanın adının dəyişdirilməsini israr edir.

Hətta, bu məqsədlə iki gün öncə Makedoniya və Yunanıstan rəhbərləri bir araya gələrək, Makedoniyanın adının Şimali Makedoniya adlandırıılması ilə bağlı protokol imzalayıblar.

Həmin protokola əsasən bu məsələ ilk öncə hər iki  ölkənin parlamentinin müzakirəsinə- təsdiqinə, sonra isə referenduma çıxarılmalıdır. Bu isə Makedoniyada ciddi siyasi gərginliklərə səbəb olub.

Makedoniyanın Şimali Makedoniya adlandırılmasına etiraz edən makedoniyalı etirazçılar ölkənin parlament binası önündə etiraz aksiyalarına başlayıblar. Artıq etirazçılarla polis, hüquq-mühafizə orqanlarının işçiləri arasında iğtişaş baş verib.

Məlumatlara görə, 7-si polis olmaqla, 17 nəfər iğtişaşlarda ağır xəsarət alıb.

Etirazçılar isə öz etirazlarını davam etdirəcəklərini və bunda qəralı olduqlarını ifadə ediblər.

Kamil HƏMZƏOĞLU

www.ÇıxışYolu.Com