ÇıxışYolu.Com – “Siti” mövsümə titulla başladı

Baxış sayı: 2. 254 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Siti” mövsümə titulla başladı

Futbol üzrə İngiltərə Superkubokunun qalibi müəyyənləşib.

ÇıxışYolu.Com xəbər verir ki, Superkubok uğrunda matçda Premyer Liqanın sonuncu qalibi “Mançester Siti” ilə İngiltərə Kubokunun sahibi “Çelsi” üz-üzə gəlib.

Londondakı “Uembli” stadionunda keçirilən görüşdə “Mançester Siti” inamlı qələbəyə sevinib – 2:0. Hər iki qolu Serxio Aquero rəqib qapısından keçirib.

Bununla da “Mançester Siti” tarixi ərzində beşinci dəfə Superkubokun qalibi olub.

Səbuhi Musayev
www.ÇıxışYolu.Com