Portuqaliyada kişi korridaya qucağında azyaşlı uşaqla qatılıb.
ÇıxışYolu.Com xəbər verir ki, şahidlər tərəfindən çəkilən videoçarx sosial şəbəkələrdə yayılıb.
Korridanın qadağan olunmasını tələb edən ictimaiyyət nümayəndələri isə Uşaqların və Gənclərin Müdafiəsi Komitəsinə şikayətlə müraciət etdiklərini bildiriblər.
Onlar körpəsinin həyatını təhlükəyə atan valideyni taparaq məsuliyyətə cəlb ediləcəyinə ümidlidirlər.