Son 100 ilin ən uzun Ay tutulması başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, bu təbiət hadisəsi Bakı vaxtı ilə saat 22:24:27-də başlayıb. Proses 3 saat 56 dəqiqədə davam edəcək və tutulma prosesi 02:19-də başa çatacaq.
Ayın qaranlıqda olma vaxtı isə 1 saat 43 dəqiqə çəkəcək.
Ayın tutulması başlayan anda ayın rəngi tutqunlaşmağa başlayır. Ay yerin kölgəsinə daxil olan zaman tutulmanın gözlə müşahidə etmək mümkündür.
Ay tutulduğu zaman tünd qırmızı, qəhvəyi rəngdə ola bilər. Rənglərin bu cür müxtəlif olması atmosferdəki fiziki şəraitdən asılıdır.
Ay rəngi qırmızı rəngdə olduğu üçün el arasında “Qanlı Ay” tutulması deyilir.
Foto: Sadiq Fərzəlibəy