ÇıxışYolu.Com - Sosial medianın çılğın trendi Bakıda

ÇıxışYolu.Com – Sosial medianın çılğın trendi Bakıda

Baxış sayı: 2. 917 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sosial medianın çılğın trendi Bakıda

Hər gün bizi daha da təəccübləndirən sosial mediada daha bir yarış start götürüb. 

ÇıxışYolu.Com xəbər verir ki, budəfəki “challange” (çağırış) “Instagram”da başlayıb.

Dünyaca məşhur reper Dreykin “In my feelings” mahnısı əsasında başlayan “challange”də “inmyfeelingschallenge”, “kikidoyuoloveme” həşteqləri ilə 150 mindən çox video yer alıb. 

“Challange”ə görə, videonu çəkən adam avtomobildən düşüb rəqs etməlidir. Bu, avtomobil gedə-gedə də ola bilər, saxlanmış formada da. Ancaq video mütləq şəkildə avtomobilin içərisindən çəkilməlidir.

Dünya şöhrətli ulduzlar SiaraUil Smitt də “challange”ə qoşulanlar sırasında olub.

Azərbaycandan isə bu missiyanı “Best Model of The World 2017”-də üçüncü yerin sahibi olan model Elxan Hüseyn həyata keçirib.

Onun sosial şəbəkədə rəqs edərkən yayılan videosu böyük marağa səbəb olub.

.
www.ÇıxışYolu.Com