ÇıxışYolu.Com - Sumqayıtda mağaza yanır

ÇıxışYolu.Com – Sumqayıtda mağaza yanır

Baxış sayı: 2. 344 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sumqayıtda mağaza yanır

Sumqayıtda yanğın baş verib. 

ÇıxışYolu.Com-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli mağazanın dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Məlumata görə, yanğın “Bərəkət” mağazasında baş verib. 

Əlavə məlumat veriləcək.

www.ÇıxışYolu.Com