ÇıxışYolu.Com - Sumqayıtda yanğın

ÇıxışYolu.Com – Sumqayıtda yanğın

Baxış sayı: 1. 833 dəfə baxılıb.

ÇıxışYolu.Com - Sumqayıtda yanğın

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) ÇıxışYolu.Com-a verilən məlumata görə, yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 65 m² olan üç otaqlı mənzilin bir otağında iki ədəd ev avadanlığı yanıb. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı səkkiz nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. 

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

www.ÇıxışYolu.Com