Suriyada vətəndaş müharibəsi səbəbindən ayrılan qardaşlar yeddi il bir-birinin üzünə həsrət qalıb.
ÇıxışYolu.Com xəbər verir ki, yeddi illik həsrət Həcc ziyarətində bitib.
İki qardaş Məkkədə qarşılaşıb. Sosial mediada yayılan görüntülərdən aydın olur ki, onlar bir-birini görəndə ağlamağa başlayıblar və qucaqlaşıblar.
Qardaşların qovuşması və ağlaması digər hacıları da göz yaşlarına boğub.
Məlumata görə, qardaşlardan biri İordaniyada yaşayır, digəri isə Suriyada həyatına davam edir.