Son zamanlar respublika ərazisinə yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə edilib.
Bunu ÇıxışYolu.Com-a açıqlamasına Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.
Onun sözlərinə görə, Bakı-Şamaxı avtomobil yolunun 106-cı kilometrliyi köhnə sürüşmə ərazisidir:
“Ərazidə yenidən aktivlik müşahidə edilir. Şamaxı şəhərinin girişində 48-A məhəlləsində, Olimpiya Komleksi ilə üzbəüz küçədə də aktivlik var. Şəhidlər abidə kompleksinin səkilərində də çatlar əmələ gəlib”.
Nazirlik rəsmisi bildirib ki, İsmayıllı rayonunda Muğanlı kəndində sürüşmə prosesi gedir:
“Sürüşmə sahələrində aktivləşmə baş verə bilər. Tircan kəndində sürüşmə sahəsində aktivlik yaranıb. Lahıc kəndindən yeddi kilometr yuxarıda yerləşən Cülyan kəndində isə sürüşmə zonası yaranıb.
Hazırda nazirlik əməkdaşları respublika üzrə müxtəlif rayonlarda sürüşmə aktivliyi müşahidə edilən ərazilərdə araşdırma aparırlar. Cənub, qərb, şimal bölgəsində sürüşmə zonaları var”.
Əziz Qaralov qeyd edib ki, ölkə ərazisində yağan yağışlar sürüşmə zonalarında aktivləşməyə səbəb olur:
“Zığda, Abşeron rayonu – Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsi sürüşmə sahəsində aktivliyin olması gözlənir”.
İlhamə Əbülfət
www.ÇıxışYolu.Com