ÇıxışYolu.Com - Tanışını öldürənin cəzası azaldıldı

ÇıxışYolu.Com – Tanışını öldürənin cəzası azaldıldı

Baxış sayı: 4. 532 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tanışını öldürənin cəzası azaldıldı

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Rəcəb Məmmədovun CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cu (aşkar şəkildə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyunun 24-də Suraxanı qəsəbəsində yaşayan Rəcəb Məmmədov evində aralarında yaranan mübahisə zamanı birlikdə yeyib-içdiyi tanışı Fərhad Mehdiyevə bıçaqla çoxsaylı xəsarətlər yetirib. 

Nəticədə sonuncu kəskin qanitirmədən hadisə yerində keçinib. İş materiallarına əsasən, Rəcəb Məmmədov özü DİN-n 102 çağrı mərkəzinə zəng edib, evində meyit olduğunu bildirib. Sərxoş vəziyyətdə olan Məmmədov hadisə yerinə gələn Suraxanı RPİ 31-сi polis bölməsinin əməkdaşlarına cinayətdən xəbərsiz olduğunu deyib. Lakin sonra törətdiyi əməlini etiraf edib. 

Məhkəmə prosesində R.Məmmədov ittiham üzrə özünü təqsirli bilməyib və F.Mehdiyevi öldürmədiyini qeyd edib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü təqsirləndirilən şəxs 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. 

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq şikayəti qismən təmin edib. Qərara əsasən, R.Məmmədovun cəzası 14 ilə endirilib. 

www.ÇıxışYolu.Com