Dünya şöhrətli türkiyəli ifaçı Tarkanın həyatı film olacaq.
ÇıxışYolu.Com türk mətbuatına istinadən xəbər verir ki, müğənni 45 illik həyatının axışını özü ssenariləşdirəcək.
Müğənninin adı anasına o, yuxuda olarkən deyilib. Uşaq ikən qardaşı ilə at arabasının arxasından qaçıb və çox pis qəza keçirib.
Həkimlər bildirib ki, onun yaşaması möcüzə olardı. Lakin Tarkan həyatda qalmağı bacarıb.
Yaşadığı Almaniyada irqçiliyə məruz qalan Tarkan 15 yaşında atasının ürək xəstəliyinə görə, Türkiyəyə köçüb.
Maddi sıxıntılarla bərabər, avropasayağı görüntüsü cəmiyyət tərəfindən düzgün qarşılanmırdı. Hətta buna görə psixoloji dəstək belə alırdı.
90-cı illərdə məşhurlaşmağa başlayan ifaçı Fransada keçirdiyi avtomobil qəzası ilə bir daha ölümlə üz-üzə gəldi. Bədənində sınıqlar meydana gələn müğənni uzun müddət reanimasiyada yatdı.
Həmin illərdə başqa bir qəzada ortada qalan maşından sağ-salamat qurtulması da böyük səs-küyə səbəb olmuşdu.
Qeyd edək ki, sənətçinin bioqrafik filmində özünün çəkilib-çəkilməyəcəyi isə bəlli deyil.