ÇıxışYolu.Com - “Taxt oyunları”nın sonuncu mövsümü iddialı gəlir

ÇıxışYolu.Com – “Taxt oyunları”nın sonuncu mövsümü iddialı gəlir

Baxış sayı: 2. 437 dəfə baxılıb.

ÇıxışYolu.Com - “Taxt oyunları”nın sonuncu mövsümü iddialı gəlir

Dünyada izlənmə rekordları qıran “Game of Thrones” (“Taxt oyunları”) serialının son – 8-ci mövsümü ilə bağlı bəzi detallar ortaya çıxıb.

ÇıxışYolu.Com xəbər verir ki, son mövsümdə yayımlanacaq səhnələr öncəki seriyalarda bəhs edilən hadisələrdən min il öncə baş verəcək.

Ssenari isə “Game of Thrones” romanının yazarı Corc R.R Martinin qələmə aldığı “Buzun və alovun mahnısı” əsərinin motivləri əsasında çəkilib, ancaq yayımlanmayan iki seriyası ilə bağlıdır.

“The Hollywood Reporter” dərgisi isə final seriyalarında “White walkers”ların (“Ağ yürüş edənlər”) haradan gəldiyi, “Westeros”un sirri və Stark ailəsinin köklərinin meydana çıxması kimi mövzuların yer alacağını yazıb.

Qeyd edək ki, 38 “Emmy” mükafatı qazanan serialın son mövsümü 2019-cu ilin aprelində ekranlara gələcək.

.
www.ÇıxışYolu.Com