Bu gün Tbilisidən Bakıya gəlməli olan təyyarə reysi gecikir.
ÇıxışYolu.Com “Report”a istinadən xəbər verir ki, Azərbaycanın aşağı büdcəli aviareysi olan “Buta Airways”in “J2 9224” reysi yerli vaxtla 11:50-də həyata keçirilməli olsa da, təyyarə hələ də Bakıya çatmayıb.
Amma hava limanında gözləyən insanlara bunun səbəbi barədə heç bir məlumat verilməyib.
“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski açıqlamasında bildirib ki, təyyarə biletlərin qeydiyyatı sahəsində yaranan ümumi problemlərə görə yubanır:
“Problem AZAL-la bağlı deyil, çünki, bu, ümumi məsələdir. Problemin aradan qalxması üçün lazımi addımlar atılır. Uçuşun təxirə salınması planlaşdırılmır. Lakin uçuşun nə zaman bərpa olunacağı barədə dəqiq məlumat deyə bilmərəm”.