Gürcüstanın payaxtatı Tbilisini Azərbaycan sərhədi ilə birləşdirəcək yolun ikinci və sonuncu hissəsinin tikintisinə başlanılıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Gürcüstanın Bələdiyyələrinin İnkişaf Fondu məlumat yayıb.
“Tbilisi – Rustavi yolu Azərbaycanla sərhədə qədər uzanacaq və onun modernləşdirilməsi nəqliyyat baxımından çox vacibdir. İşlər yekunlaşdıqdan sonra əhali bu yolla rahat və təhlükəsiz hərəkət edə biləcəklər”.
Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir. Yolun birinci və üçüncü hissəsinin tikintisi 2014-cü ildə başlamış və 2016-cı ilin mayında başa çatmışdı.
Uzunluğu 17,4 kilometr olan yolun tikintisi üçün 119 milyon lari (təxminən 46,2 milyon dollar) maliyyə ayrılıb.