ÇıxışYolu.Com – Tbilisini yenidən etiraz dalğaları bürüdü

Baxış sayı: 2. 624 dəfə baxılıb.

ÇıxışYolu.Com - Tbilisini yenidən etiraz dalğaları bürüdü

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən etiraz aksiyasında 2 nəfər saxlanılıb.

ÇıxışYolu.Com-ın məlumatına görə, bu barədə paytaxtın polis patrulunun rəhbəri Temur Kupatadze bildirib.

Məlumata əsasən, saxlanılanlardan biri sərxoş vəziyyətdə olub. Həmin şəxs aksiya iştirakçılarını təhqir edib.

Saxlanılan ikinci şəxs aksiya iştirakçısıdır. Hər iki vətəndaş inzibati qayda pozuntusuna görə saxlanılıb.

19:14

Gürcüstanın paytaxtının mərkəzində etiraz aksiyaları yenidən başlayıb.

ÇıxışYolu.Com-ın RİA Novosti-yə istinadən məlumatına görə, etirazçılar ötən ilin dekabrında baş verən 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı “ədalətin bərpasını” istəyirlər.

Etiraz aksiyası “Öldürmə!” şüarı altında keçirilir. Mitinqdə ötən qış qətlə yetirilən Zaza Saralidzenin atası da iştirak edir. 

Qeyd edilir ki, aksiyaya siyasi partiyaların nümayəndələri və onların tərəfdaşları da qoşuıublar.

Mitinqdən əvvəl Gürcüstan DİN mitinq zamanı asayişin qoruyacağına dair bəyanatla çıxış edib.

Parlament binasının yerləşdiyi Rustavelli prospektinin bir hissəsi avtomobil hərəkəti üçün bağlanıb. 

www.ÇıxışYolu.Com