Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla bağlı təəssüratlarını bölüşən zaman onu həsəd apardığını etiraf edib.
ÇıxışYolu.Com-ın verdiyi məlumata görə, etirafın əks olunduğu video NBC telekanalının “Twitter” səhifəsində paylaşılıb.
Videoda Tramp jurnalistə Kim Çen In haqqında danışarkən deyib:
“O danışır və xalqı onu dinləyir. İstəyirəm ki, mənim xalqım da bu cür olsun”.
Daha sonra Tramp sözlərinin bir zarafat olduğunu deyib.
“Zarafat edirəm. Siz kinayəni başa düşmürsünüz”.