Vəfat edən senator Con Makkeynin ailəsi ABŞ prezidenti Donald Trampı siyasətçinin dəfninə dəvət etməyəcəyini təsdiqləyib.
ÇıxışYolu.Com CNN-ə istinadla xəbər verir ki, Makkeyn bir il ərzində dəfn mərasimini özü planlaşdırıb və ailə üzvlərinin sözlərinə görə, Trampın iştirakının əleyhinə olub.
Eyni zamanda mərhumun yaxınları sabiq prezidentlər Barak Obama və Corc Buşdan vida nitqi söyləmələrini xahiş ediblər.
Öz növbəsində Tramp qısa başsağlığı ilə kifayətlənib:
“Senator Makkeynin ailəsinə başsağlığı verirəm və ehtiramımı bildirirəm. Qəlblərimiz və dualarımız səninlədir!”
Qeyd edək ki, Makkeyn dəfələrlə Trampı tənqid edib, onun səhiyyə sahəsindəki islahatlarını, həmçinin Rusiya prezidenti Vladimir Putinə rəğbətini pisləyib.