ÇıxışYolu.Com – Tramp və Putinin Helsinki görüşünün real nəticələri

Baxış sayı: 2. 215 dəfə baxılıb.

Rusiya və ABŞ prezidentləri arasında Helsinkidə keçirilən görüşdə, gözlənildiyi kimi, iki ölkənin münasibətlərini yaxşılaşdırmağa gətirib-çıxaracaq razılaşma əldə olunmadı. 

Ekspertlər təkbətək görüşün detallarının bir müddət sonra məlum olacağını deyirdilər.  

ÇıxışYolu.Com xəbər verir ki, rusiyalı siyasi analitik Denis Korkodinovun sözlərinə görə, bir ay keçməsinə baxmayaraq, ABŞ və Rusiya liderləri arasındakı danışıqları “sıfır əhəmiyyətli” adlandırmaq olar.

O bildirib ki, Helsinki görüşünün əsas motivi Respublikaçılar Partiyasının ABŞ liderinə qarşı münasibətinin dəyişməsinə əminlik idi. 

“Bu motiv ABŞ isteblişmentinin nəzərində Moskvanın nüfuzunu xeyli artıra bilərdi. Eyni zamanda, Moskva və Vaşinqton liderləri arasında görüşün təşkil olunması faktı Rusiyanın beynəlxalq təcriddən çıxmağa başlaması üçün simvolik nümunə ola bilərdi. 

Ancaq müasir inkişaf mərhələsində Kreml və Ağ Ev arasındakı münasibətlərdə istənilən güzəşt Donald Trampın öz ətrafının qavrayışı ilə mütənasibdir. Və bu vəziyyətdə Respublikaçılar Partiyasının münasibətinin dəyişməsi Moskva ilə sıx ittifaq qurma şansını artıra bilər”, – o bildirib.

Ekspert hesab edir ki, Donald Trampın hərəkətlərindəki məntiqsizlik Rusiyanın özünün müdafiə xəttini çox dəqiq işlədiyini deməyə əsas verir. 

ÇıxışYolu.Com - Tramp və Putinin Helsinki görüşünün real nəticələri

“Helsinki görüşündə Vladimir Putin amerikalı həmkarının Moskva üçün gözlənilməz reaksiya göstərə biləcəyi mövzulardan qaçmağa çalışırdı. 

Bundan başqa, Kreml Trampla Respublikaçılar arasında fikir ayrılıqlarına səbəb ola biləcək mövzulara da toxunmaq niyyətində deyildi. Bunlar Kiyevin siyasəti, Cənubi Qafqazla bağlı kompromis və sanksiyalardan imtina məsələləri idi”, – müsahibimiz qeyd edib. 

ÇıxışYolu.Com - Tramp və Putinin Helsinki görüşünün real nəticələri

Onun sözlərinə görə, Donald Tramp və Vladimir Putin görüş zamanı Ukrayna, Ermənistan, Azərbaycan və Gürcüstanı bir az məyus etdi. 

“Rusiya-ABŞ liderlərinin görüşündə Suriya böhranı, silahlanma yarışı və ikitərəfli münasibətlər müzakirə edildi”, – Korkodinov deyib. 

O bildirib ki, ABŞ ictimaiyyəti Donald Trampı sərt tənqid etdilər. Bəzi konqresmenlərin fikrincə, Tramp “Vladimir Putini cilovlaya bilmədi”. 

Ə.Ş.
www.ÇıxışYolu.Com