ABŞ prezidenti Donald Tramp rəsmi sənədləri xırda hissələrə parçalamağı xoşlayır. Daha sonra Ağ Ev əməkdaşları həmin parçaları yapışqanla birləşdirir.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Politiko” nəşri prezident dəftərxanasının sabiq əməkdaşlarına istinadla məlumat yayıb.
Onlar bildiriblər ki, bu ABŞ prezidentində vərdişdir. Ağ Ev əməkdaşları hissələri yapışdırır ki, sonradan onları qanunu pozmaqda ittiham etməsinlər.
“Bəzən sənədlər ortadan bölünür, bəzən isə çox xırda hissələrə parçalanır”, – administrasiyasının sabiq əməkdaşları bildiriblər.
Onların sözlərinə görə, bu vərdişdən əl çəkmək üçün Trampı heç kim yola gətirə bilmir.
Qeyd edilib ki, sabiq prezident Barak Obamanın dövründə bütün rəsmi sənədlər bütöv halda Milli Arxivə göndərilirdi.