Türkiyə ABŞ-dan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) şikayət edib.
ÇıxışYolu.Com-ın ÜTT-in saytına istinadən verdiyi məlumata görə, buna səbəb ABŞ-ın polad və alüminium idxalına rüsumları artırmasıdır.
Ankara ÜTT-də məsələ ilə məsləhətləşmələrin keçirilməsini istəyir. Türkiyə tərəfi hesab edir ki, Vaşinqtonun qərarı Tarif və ticarət üzrə Baş sazişin müddəalarına ziddir.
Qeyd edək ki, avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan polad və alüminiuma görə rüsumları artırıb. Bu qərar Türkiyə milli valyutasının kəskin ucuzlaşmasına gətirib.