ÇıxışYolu.Com – Türkiyə “iPhone”u boykot edir

Baxış sayı: 2. 602 dəfə baxılıb.

ÇıxışYolu.Com - Türkiyə “iPhone”u boykot edir

Türkiyədə pərakəndə satışla məşğul olan ticarətçilər ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq çağırışından sonra “iPhone” smartfonlarını almaqdan imtina ediblər.

ÇıxışYolu.Com “Hürriyet”ə istinadla xəbər verir ki, Ankara bu üsulla Vaşinqtonun tətbiq etdiyi sanksiyalara və rüsumlara cavab verməyə hazırlaşır.

İnternet vasitəsi ilə satışları həyata keçirən “Dogubank” artıq oktyabr və noyabr üçün ümumi dəyəri 50 milyon dollar təşkil edən “iPhone” sifarişlərini ləğv edib.

Boykot digər elektronika məhsullarına da, – daha az miqyasda, –  şamil olunur.

Avqustun 14-də Ərdoğan Türkiyə vətəndaşlarını Amerika məhsullarından imtina etməyə çağırıb. 

“Apple” məhsullarına üstünlük verənlərə prezident “Samsung” şirkətinin məhsullarına keçməyi tövsiyə edib.

www.ÇıxışYolu.Com