Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
21:28
Türkiyənin Tekirdağ əyalətinin Çorlu qəsəbəsi yaxınlığında Uzunköprü-İstanbul istiqaməti üzrə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb.
ÇıxışYolu.Com-ın Sözcü-yə istinadən verdiyi xəbərə görə, 6 qatardan ibarət qatarın beş vaqonu relsdən çıxaraq aşıb.
Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.
Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.
İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.
Tekirdağın valisi Mehmet Ceylan hadisə ilə bağlı açıqlamasında “Hadisə havanın pisləşməsi nəticəsində meydana gəlib. Çoxlu sayda yaralı var. Ölənlər də var, amma indi dəqiq rəqəm söyləyə bilmirik”-deyə, bildirib.
Kamil HƏMZƏOĞLU