Egey dənizinin Türkiyə hissəsində zəlzələ baş verib.
ÇıxışYolu.Com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 08:46 (Bakı vaxtı ilə 10:46) baş verən zəlzələnin gücü 4,9 bal təşkil edib.
Zəlzələ ocağının yerin 29 kilometr dərinliyində yerləşdiyi bildirilir. Zəlzələnin Türkiyənin Muğla vilayətində yüngül hiss olunduğu bildirilir.