Taylanda köçən türkiyəli aktrisa Leyla Bilginel ağcaqanad sancmasına görə xəstəxanalıq olub.
ÇıxışYolu.Com xəbər verir ki, aktrisaya denq Humması (Dengue Fever) diaqnozu qoyulub.
Bundan sonra Türkiyənin Səhiyyə Nazirliyi hərəkətə keçib və aktrisanı Taylanddan Türkiyəyə gətirib.
Xüsusi sağlamlıq komandası ilə Türkiyəyə gətirilən Bilginel bir müddət xəstəxanada yatacaq.
Qeyd edək ki, denq humması nadir yayılan xəstəliklərdəndir. Ağcaqanad sancması nəticəsində meydana gələn xəstəlik zamanı halsızlıq, sinir və sümük ağrıları, ölümcül dərəcədə təzyiqin aşağı düşməsi müşahidə olunur.