Türkiyənin Muğla bölgəsində Metin Kor adlı müğənni yoxa çıxıb.
ÇıxışYolu.Com türk mətbuatına istinadən xəbər verir ki, müğənninin həyat yoldaşı Evin Doğan iddia edib ki, əri qaldığı çadırdan oğurlanıb.
20 iyunda tətil üçün Kaşa gələn ifaçı, 21 iyun günü Muğlanın Əkiz göllər bölgəsinə gəlib və orada çadır qurub. 23 iyundan sonra ondan xəbər çıxmayıb.
113 nəfərlik komanda müğənnini axtarsa da, heç bir nəticə əldə etməyib.
Digər tərəfdən, aparıcı Elgiz Əkbərin də Metin Korla bağlı paylaşım etməsi onun Azərbaycana gəlməsi və ya gətirilməsi ehtimalını gücləndirib.
“Diqqət, dostlar şəkildə gördüyünüz bu şəxs Türkiyə vətəndaşıdır, itkin düşüb. Ailəsi ehtimal edir ki, Azərbaycanda ola bilər. Ata-anası görənlərdən xahiş edir ki, xəbər versinlər. Tapan şəxsə 100 min veriləcək. Görmüsünüzsə, pula görə yox, insanlıq xatirinə xəbər verək”, – deyə Əkbər paylaşım edib.
Qeyd edək ki, Metin Kor Anadolu Universitetinin Arxeologiya fakültəsini bitirib.
O, “En Güzel Sensin”, “Mavi”, “Senmişim”, “Yanı Başıma” ve “Üzüm Güzeli” adlı mahnıları ilə tanınır.