ÇıxışYolu.Com – Türkiyənin ətrafında ABŞ-a qarşı yeni ittifaq formalaşır

Baxış sayı: 2. 261 dəfə baxılıb.

ÇıxışYolu.Com - Türkiyənin ətrafında ABŞ-a qarşı yeni ittifaq formalaşır

Vaşinqtonun Suriyadakı proqnozlaşdırılması mümkün olmayan siyasəti, həmçinin Donald Trampın Ankaranın heç də dost mövqe tutmadığı İsraillə yaxınlaşmaları nəticəsində son vaxtlar ABŞ və Türkiyə arasında münasibətləri “səmimi müttəfiqlik” adlandırmaq olmaz.

Bu barədə ÇıxışYolu.Com-a rusiyalı siyasi ekspert Denis Korkodinov ABŞ-a qarşı ittifaqın formalaşması imkanları ətrafında gəzən söhbətləri şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdə yeni anti-terror kampaniyasına başlamaq səyləri (Suriya və İraqda) regionda lider mövqeyini itirməsi ilə barışa bilməyən Ağ Ev administrasiyasında müəyyən narahatlıq doğurur.

“Bu, Vaşinqton və Ankara arasında qarşılıqlı iqtisadi məhdudiyyətlərə çevrilən gərginliyə səbəb olub. Görünür, türk xammalına rüsumları artıran Donald Tramp türkiyəli həmkarını Ankaranın hərbi aktivliyini qəbul etməməsi barədə xəbərdar etmək və Türkiyəni barəsində beynəlxlaq sanksiyaların qüvvədə olduğu İranla bir sıraya qoymaq niyyətində olduğunu bildirmək istəyib.

Lakin Ağ Ev adminitrasiyasının səhvi ondadır ki, Ərdoğan Türkiyədəki nüfuzunu daha da gücləndirmək üçün ABŞ-ın çağırışını qəbul etməyə şad idi. Başqa sözlə, Vaşinqton və Ankara arasında təşkil olunmuş iqtisadi müharibə hər iki ölkəyə sərfəlidir: Amerika cəmiyyəti üçün guya demokratiyaya təhdid yaradan “xarici düşmən” obrazını daim dəstəkləmək lazım olduğu halda, türk isteblişmenti “şər impersiyası” ilə (ABŞ nəzərdə tutulur) qarşıdurma mövzusunu yenidən aktuallaşdırmağın əleyhinə deyil”, – deyə ekspert hesab edir.

Siyasi şərhçi əmindir ki, münaqişə tərəfləri ölkələrə sağalmaz yara vurmayan populist iqtisadi məhdudiyyətlərin çərçivəsini aşmaq fikrində deyil.

“Ankara Vaşinqtondan Yaxın Şərqdəki yeni hücum əməliyyatına müdaxilə etməmək barədə zəmanət alan kimi, qarşılıqlı ittihamlardan ibarət bu oyun başladığı kimi gözlənilmədən bitəcək.

Fikrimcə, bu məsələ ilə bağlı artıq nəticələrə gəlmək düzgün deyil. Rəcəb Tayyib Ərdoğanın qəbul etdiyi Amerika çağırışı Rusiya və Çinə Türkiyə ilə əməkdaşlığı genişləndirmək barədə bir siqnal idi.

Moskva və Pekin Ankaraya onun imtina edə bilməyəcəyi yeni kommersiya təklifləri irəli sürəcəklər. Lakin istisna deyil ki, hadisələrin belə inkişafı zamanı Vaşinqton daha böyük bir şey təklif edə bilər.

Və o zaman Ərdoğan ortalıqda qalacaq: ya ABŞ-la, ya da Rusiya və Çinlə ittifaq. İstənilən halda, bu, dünya siyasətində çətin ki, “uzunömürlü” ola biləcək müvəqqəti alyansa çevriləcək”, – deyə Korkodinov qeyd edib.

Ə.Ş.
www.ÇıxışYolu.Com