ÇıxışYolu.Com - Türkiyənin ilk vampir serialı möhtəşəm səhnələri ilə diqqət çəkib

ÇıxışYolu.Com – Türkiyənin ilk vampir serialı möhtəşəm səhnələri ilə diqqət çəkib

Baxış sayı: 2. 490 dəfə baxılıb.

ÇıxışYolu.Com - Türkiyənin ilk vampir serialı möhtəşəm səhnələri ilə diqqət çəkib

Baş rollarında Elçin Sanqu, Kerem Bürsin, Birkan Sokullu Selma Ergeçin oynadığı Türkiyənin ilk vampir serialı “Yaşamayanlar”ın ilk treyleri səs-küy yaradıb. Möhtəşəm görüntülərə səhnə olan ekran işi sosial mediada yayıma girməmiş trend olub.

ÇıxışYolu.Com xəbər verir ki, “Blue TV”də yayıma hazırlaşan serialın çəkilişləri ötən ay bitib.

İlk seriyası sentyabrda ekrana gələcək serialın əsas mövzusu vampirlərdir.

Belə ki, 164 yaşında gənc bir vampir olan Mia (Elçin Sanqu) müəllimi Karmenlə (Selma Ergeç) birgə ağlındakı planı gerçəkləşdirmək üçün İstanbula gəlir. Məqsədi onu vampirə çevirən Dmitrini (Kerem Bürsin) öldürüb, yenidən insan olmaqdır. Ancaq tarixin ən güclü vampiri olan Dmitrini öldürmək asan deyil.

Qaranlıq keçmişinə arxa dönən digər vampir Numel də (Birkan Sokullu) bu məqsəd uğruna Mia və Karmenlə ittifaq qurur. 

Serialda ehtiras və nifrəti, yaşamı və ölümsüzlüyü, yaxşılıq və pisliyi bir-birindən ayıran, sərhədlərin yoxa çıxdığı kainatda hadisələr çıxılmaz bir vəziyyətdə cərəyan edəcək. İnsanlar və vampirlər arasında böyük savaş başlayacaq. Mianın ən böyük imtahanı isə müharibə başlayanda kimin tərəfində olacağıdır.

.
www.ÇıxışYolu.Com