Türkmənistan Respublikasının ailə məcəlləsinə çoxarvadlılığı qadağan edən müddəa əlavə olunub.
ÇıxışYolu.Com xəbər verir ki, bu haqda “İzvestiya” məlumat yayıb.
“Çoxarvadlılıq dedikdə, eyni vaxtda iki və daha artıq qadınla yaşama və birgə ümumi təsərrüfat nəzərdə tutulur”, – deyə sənəddə qeyd olunur.
Qadağanın sentabrın 1-dən (2018) qüvvəyə minəcəyi bildirilir. Buna qədər İslam şəriətinə əsasən türkmən kişilərə dördə qədər arvadla yaşamağa icazə verilirdi.