ÇıxışYolu.Com - Ucarda ilanlar evə daraşdı, ailə evdən çıxmalı oldu

ÇıxışYolu.Com – Ucarda ilanlar evə daraşdı, ailə evdən çıxmalı oldu

Baxış sayı: 2. 121 dəfə baxılıb.

ÇıxışYolu.Com - Ucarda ilanlar evə daraşdı, ailə evdən çıxmalı oldu

Ucar rayonunda evə ilanlar daraşıb. Ev sahibləri ilanların qorxusundan qonşuluqda qalmağa məcbur olublar. Hətta gündüz saatlarında da evə daxil ola bilmirlər.

ÇıxışYolu.Com “xezerxeber.az”a istinadən xəbər verir ki, hadisə Ucarın Qəzyan kənində Sevinc Rəhimovaya məxsus evdə baş verib.

Ev sakinləri artıq beş gündür ki, evlərində qala bilmirlər.

Elə buna görə də sakinlər evdəki əşyaları çölə çıxarıb, özləri isə evə girmirlər.

Sevinc Rəhimovanın sözlərinə görə, dəfələrlə kənd icra nümayəndəsi və bələdiyyəyə müraciət etsələr də, heç bir nəticə olmayıb. Hazırda dörd nəfərdən ibarət olan ailə onlara ediləcək köməkliyi və yaşadıqları evə geri dönməyi gözləyirlər.

www.ÇıxışYolu.Com