ÇıxışYolu.Com – UEFA “Qalatasaray”ı cəzalandırdı

Baxış sayı: 439 dəfə baxılıb.

ÇıxışYolu.Com - UEFA “Qalatasaray”ı cəzalandırdı

UEFA Türkiyənin Qalatasaray klubunu cəzalandırıb.

ÇıxışYolu.Com “CNN Türk”ə istinadən xəbər verir ki, komanda 15 milyon avro məbləğində cərimələnib.

UEFA-nın qərarına görə, altı milyon avro dərhal ödəniləcək,  cərimənin yerdə qalan hissəsi isə klub qurumun şərtlərinə əməl etməyəcəyi təqdirdə tutulacaq.

Şərtlər Superliqa çempionu qitə futbol qurumu ilə bağlanmış müqavilədə yer alır.

“Cimbom”un rəhbərliyi  qarşıdakı 4 il ərzində  4 tələbə əməl etməyi öhdəsinə götürüb.

1. Qarşıdakı 4 mövsüm klub Çempionlar Liqası və Avropa Liqasında iştirak edəcəyi halda qrup mərhələsi üçün iştirak ərizəsinə 25 yox, 21 futbolçu daxil ediləcək. Şərtlər yerinə yetirilsə, bu say mövsümdə bir oyunçu olaraq artırıla bilər.

2. Klub 2016-cı ildə maliyyə feyr-pley qaydalarını pozduğu üçün 15 milyon avro məbləğində cərimələnəcək. Bunun 6 milyonu ilk olaraq ödəniləcəksə, qalan pulun ödənilməsi şərtlərə əməl olunmasına görə dəyişəcək.

3. Klubun ziyanı ilk ildə 20, ikinci ildə 10 milyon avroya düşürüləcəksə, “cim-bom” üçüncü ili zərərsiz tamamlamalıdır.

4. Yalnız satdığı oyunçu sayı qədər yeni transferlər edə biləcək.

www.ÇıxışYolu.Com