Futbol üzrə dünya çempionatında A qrupunun növbəti matçı yekunlaşıb.
ÇıxışYolu.Com xəbər verir ki, Rostov şəhər stadionunda Səudiyyə Ərəbistanı və Uruqvay milliləri arasında gərin mübarizə şəraitində keçən matç 1:0 hesabı ilə nəticələnib.
23-cü dəqiqədə qapıçının çıxışda etdiyi səhvdən yararlanan fürsətçi Luiz Suares baxımlı qolla hesabı açıb. Oyunda daha qol vurulmayıb.
Uruqvay final mərhələsinə vəsiqə qazanıb, Səudiyyə millisi isə qrupda qalıb.
Qeyd edək ki, ötən gün Rusiya da 1/8 finala vəsiqəni təmin edib.