ÇıxışYolu.Com - Üzeyirdən Qənirə Paşayevaya cavab

ÇıxışYolu.Com – Üzeyirdən Qənirə Paşayevaya cavab

Baxış sayı: 2. 309 dəfə baxılıb.

Ötən gün “Onda başlayaq” proqramında millət vəkili Qənirə Paşayevanın müğənni Üzeyir Mehdizadə haqda dediyi fikirlərə qarşı tərəfdən reaksiya gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, müğənni “Instagram” hesabında video paylaşaraq konsertində olan anşlaqı nümayiş etdirib. O, ad çəkməsə də yazdığı sözlərlə Paşayevaya cavab verib:

“Bura qardaş ölkə Türkiyədə bu yaxınlardakı çıxışımdır. Allah istəsə, bəndə nə karədi. Sevib dəstək olanlara təşəkkür edirəm. Eybi yoxdur, əsas Allah bizimlə olsun. Sevənlərimin səmimi sevgisini Allah nə vaxta qədər məsləhət bilir, o vaxtadək qismət etsin. Təki hər halımızla Allah üstümüzdə olsun – uğurlu və uğursuz halımızla. Hər halımıza şükür”.

Qeyd edək ki, Kamran Həsənlinin aparıcı olduğu verilişdə televiziyalar və musiqimizdən söz açan Paşayeva müğənni Üzeyir Mehdizadəyə qulaq asanları qınayıb.

.
www.ÇıxışYolu.Com