Fransa PSJ-sinin hücumçusu Neymar gəlirlərinin 85 faizini valideynlərinə verir.
ÇıxışYolu.Com xəbər verir ki, 2017/18 mövsümündə braziliyalı reklamdan 22,6 milyon avro əldə edib.
Lakin forvard bu məbləğin yalnız 15 faizini alıb. Qalan vəsait “NR Sport” şirkətinin hesabına köçürülüb. Şirkətə futbolçunun atası Neymar da Silva Santos rəhbərlik edir.
Qeyd olunur ki, gəlirlərin belə bölgüsünə dair qərarı Neymarın ailəsi onun 14 yaşı olanda qəbul edib.