Əməkdar artist Vasif Məhərrəmli “5/5” verilişində qonaq olub.
ÇıxışYolu.Com xəbər verir ki, maraqlı açıqlamalar verən müğənnilərin toyda özünü aparmasından danışıb.
O, bəzi ifaçıları dilənçi adlandırıb:
“Müğənnilər var ki, toylarda dilənirlər. Bir adam deyə bilməz ki, Vasif toyda masalardan pul alıb. Yeganə müğənniyəm ki, həmişə kostyumlarımın cibi bağlı olub. Mənim gözüm də, könlüm də toxdur. Ruzimi verən Allahdır. İşləyirəm, toylara gedirəm və qazanıram”.