Azərbaycanın qadınlardan ibarət elit yığma komandasının üzvü Yelena Pavluxina Şotlandiyanın Qlazqo şəhərində keçirilən Avropa çempionatının fərdi ötüşmə yarışında ağır zədə alıb.
ÇıxışYolu.Com xəbər verir ki, güclü yağış yolu xeyli sürüşkən edib və nəticədə sərt döngədə ukraynalı legionerimiz müvazinətini saxlaya bilməyib.
O, xəstəxanaya aparılıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından əldə etdiyimiz məlumata görə, idmançının vəziyyəti o qədər də ağır deyil və o, sabah Bakıya qayıdacaq.
Qeyd edək ki, dünən də trek velosipedçimiz Sergey Omelçenko xoşagəlməz durumla üzləşmişdi. Keyrin yarışları zamanı təmsilçimizin önündə gedən Macarıstan idmançısının yıxılması zamanı velosipedçimiz qəzadan qaça bilməmiş və mübarizəni yarımçıq dayandırmalı olmuşdu.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com